Yadigar Tevegkul Şiiri, SENSİZLİK OLMASIN.. / Hikmet Okuyar
*
Sonbahar Ayları, Türkiye Sevdası / Hikmet Okuyar tanıtım turizm kültür sanat Etkinlikleri irtibatlı olarak;
OKUYAR 1001 İSİM 1001 ESER KARMA SANAT SERGİSİ ETKİNLİKLERİ KAPSAMINDA SERGİLENEN ve DAHA ÇOK İLGİ GÖRSÜN DİYE TANITIMLARI YAPILAN, Tevekgul Şiiri :
...............
SENSİZLİK OLMASIN.. / Yadigar Tevekgul
*
Sənsizlik quruda balıq misalı,
Boğar nəfəsimi həsrətin əli.
Başımdan alıbdır olan ağlımı,
Sayəndə olmuşam sərsəri dəli
*.
Sənsizlik buludda yağış misalı,
Mısra-misra çilənirsən sətrimə.
Xəyal dəftərimdə yuva qurursan,
Boyanırsan məhəbbətin ətrinə.
*
Sənsizlik kölgəsiz alov misalı,
İçindən alışar tüstüsü olmaz.
Arxanca sürünən ləpirə bənzər,
Qar üstə iz salmaz, nişanı qalmaz.
*
Sənsizlik mənim tək şair misalı,
Söhbəti sən dolu sözü sən dolu.
Ruhuna o qədər doğmalaşmısan,
Sevdası sən dolu özü sən dolu...
*
Yadigar Tevekgul
Bakü / AZERBAYCAN.