Raya Bayramova Şiirinde Yaşatılan Hatıralar
.....Raya Bayramova Şiirinde Yaşatılan Hatıralar.. / Hikmet Okuyar
*
Büyük Dava Adamı Demokrasi Kahramanı Hail Önderi Türk İslam Dünyası Gönül Seferberliği Öncüsü Sivaslı Yiğido Can Bizim Muhsin Başkanım Şiir Yorumundaki Üşüyorum deyişindeki paylaşımlar hatırasına yorumlara bakarken Şebingülü Dostu Azerbaycan Şebinkarahisar Kadim Dostluğu Halk Şairi Raya Bayramova imzalı XATİRƏM YAŞADIR SƏNSİZLİYİMİ Şiiri ile tanış oldum..Hayranlıkla Muhsin Başkan Demokrasi Kahramanlı Gönül Dostluğu Şebingülü duyarlılığı saygınlığında okudum yorumladım gözyaşlarımla ergenekon beşlerin yüz milyonların dik duruşlarında paylaşıyorum fatihalarla..Tebrikler, Teşekkürler Raya Bayramova diye diye... Hikmet Okuyar
.........
XATİRƏM YAŞADIR SƏNSİZLİYİMİ... / Raya Bayramova
*
Bayram axşamında şam kimi yanır,
Sənli ümidimin həsrəti, canım.
İçimdə mürgülü hissim oyanır,
Gözümdə qızarır qüssəli canım.
*
Xəyala daldıqca gözüm yol çəkir,
Üşüyür hicranın ayazı sənsiz.
Yolları sürmətək gözümə çəkir,
Ömrün yaz qoxulu payızı sənsiz.
*
Durub pəncərənin önündə, yalnız
Səni düşünürəm, səni anıram.
Bir dünya qüssəyəm gümanı yalqız,
Sən yoxsan-özümü tənha sanıram.
*
Yollara göz dikən gözlərim dolur,
Kimsə duymaz belə səssizliyimi.
Həsrətim dərdimin saçını yolur,
Xatirəm yaşadır sənsizliyimi.
*
Gözümün yaşıyla gül açan ümid,
Sənli intizarı tökür ürəyə.
Dərdində dirçəlir dil açan ümid,
Həsrətin dumantək çökür ürəyə.
*
Nə vaxtdır gəlmirsən yuxuma mənim,
Yarpaqtək saralır günüm qəmimdən.
Yoxluğun toy tutur duyğuma mənim,
Gözlərim yaşarır dərd aləmində.
*
Təsəlli tapıram xatirələrlə,
Gözümün yaşını silənim mənim.
Məni tənha qoyub sənli qədərlə,
Hardasan dərdimi bölənim mənim?!
*
Raya Bayramova
24.03.2021., Nur-Sultan/Qazağıstan
Bu Yazıyı Puanla
Yorumlar (0)
Yorum Yaz
Yorumunuz moderatör onayından sonra yayınlanacaktır.
Hikmet'nın Diğer Yazıları
OKULLARDAKİ SENE SONU ETKİNLİKLERİ, BELGESEL OLSUN
12.06.2026 · 138
60.TEKİRDAĞ KİRAZ FESTİVALİNDE HAMDİYE ŞİİRİ.. / Hikmet Okuyar
12.06.2026 · 67
ZEHRA ŞAİR ŞİİRİNDE ALIŞTIM BEN.. / Hikmet Okuyar
12.06.2026 · 22
Selma Meriç Şiirinde AYBÜKE
09.06.2026 · 171




