...Haci Azade Taleh Abbasqizi Şiire Üstün Hizmet Ödülü kazandı
*
Haci Azade Taleh Abbasqizi ; Tasarımları, üretimleri, sunumları, paylaşımları ve güzel sanatlar öncülüğü ile 2021, Hikmet Okuyar ŞİİRE ÜSTÜN HİZMET ÖDÜLÜ kazandı.
Harika kazanımı; Süper Kaynak Muhteşem Proje Dünya Markası Türkiye Sevdası kapsamlı olarak değerlendiriyoruz..Ödülün kutlu olsun..Uğur getirsin.Tebrikler, Haci Azade Taleh Abbasqizi Teşekkürler..
Unutmuyoruz.. Unutturmuyoruz..09.01.2022,
*
Hikmet Okuyar
ŞEMA Gönüllüleri Başkanı..
Dağların ve Çobanların Şairi,
TÜRKİYE SEVDASI proje Sahibi..
ŞEBİNGÜLÜ Bahçeleri Kurucusu,
.....................
Haci Azade Taleh Abbasqizi Tarzı Güzel Bir Könül Seferi Türkiye Güzellemesi Örneği Şeir..:
.........
Bir iz qoyur bu həyatda.. / Haci Azade Taleh Abbasqizi
*
Ərzurumla qucaqlaşdım,
Elə bil ki, bu dünyadan
Bircə anlıq uzaqlaşdım.
Gəldim nağıl şəhərinə,
Taleyimin zər şəfəqli səhərinə.
*
Kayseriyə doğru koşdum,
Dəniz kimi, dərya kimi
mən də coşdum.
İki millət, bir dövlətin
Qardaşlığı şərəfinə,
Dastan dedim, nəğmə qoşdum.
*
Izmiti qarlar bürüdü,
İzmit nağıl şəhəridi.
Bu adi bir səfər deyil,
Bu bir könül səfəridir.
*
Bursanı etdim ziyarət,
Bura deyil mənə qürbət!
Yalovo, İzmir gözəldir,
Könlüm tapdı burda vüsət.
*
Yolum keçdi bu səfərdə
Həm İzmirdən, həm Hataydan,
Ankaradan, Trabzondan,
Məni qarla qarşılayan
Asi gözəl İstanbuldan.
*
Şəhidləri yada saldıq,
Neçə xeyir-dua aldıq.
Azadə Talehin sözü
Unudulmaz, qalar yadda.
*
Nə xoşbəxt kəsdir ki, o kəs
Bir iz qoyur bu həyatda!
*
Haci Azade Taleh Abbasqizi
24.01.2022, İZMİT Şeheri
.....