Şiir dünyamızda resimli şiir tasarımlarıyla tanıdığımız Şair, Şiir Yorumcusu Avrasya Güzel Sanatlar Öncüsü Raya Bayramova;
İstanbul Yenikapı'da tertiplenen 11. Giresun Günleri içinde Ergenekon Meydanı Kültür Sanat Sergi Sarayında açılan
'' 1001 İSİM 1001 ESER OKUYAR KARMA SANAT SERGİSİ..7 '' de; Hikmet Okuyar proje çalışması Kaynak Eser Türkiye Sevdası duyarlılığı ve coşkusuyla; Şiirleri ve Amatör veya Usta şiir dostlarına armağan ettiği Resimli Şiir Tasarımlarıyla Özdeyişlerinden örnekleriyle sergilendi..
Şiir dünyasında aşık ozan şair müzisyen bestekar şarkıcı türkücü gözel sanatlar tutkulu binlerce hayranı ve takipçisi bulunan Raya BayramovaŞebingülü
03 Mart / 02 Nisan 2017 tarihleri arasında 80 milyonluk TC coşkulu Yenikapı Ergenekon Milli İrade Şahlanışı heyecanı akışında tanıtıldı ismiyle ailesiyle hayranlarıyla yaşatıldı.
'' 1001 İSİM 1001 ESER OKUYAR KARMA SANAT SERGİSİ..7 '' sürecinde; tanıtımı yapılan tavsiye edilen özdeyişlerinden resimli şiir tararımlarından ve şiirlerinden örnekler verilen Raya Bayramova duyarlılığındaki paylaşımlara ve ilgi yoğunluğuna; şiir, şiirli resim ve özdeyişler güzelliğinde sağlıklı uzun ömürler dilekleriyle, Şebingülü sunumlarla tebrikler teşekkürler..Selamlar sevgiler ve saygılar iletildi..
....
Hikmet Okuyar
Şair Yazar Gazeteci
Yenikapı/ Ergenekon Meydanı
..................
Heyat yaşaya bilmediyimiz
belkeler, Yaşadığımız
kaşkiler ve üreyimizde
saxladığımız neyselerden
ibaretdir...
Geden dönmeyecekse,
galanların
deyerini bileceksen.
Ölenle ölünmürse eğer
galanlarla yaşamağa davam
edeceksen!!!
*
Tertibat: Raya Bayramova
............................
Qadın var ki,dünyanı özünə heyran qoyar,
Yoxluğu bir ocağın baxçasın viran qoyar.
Qadın, sevən qəlblərin sultanı, sonasıdır,
Sevinənlə sevinən, yananla yanasıdır.
Qadın güldü, çiçəkdi, aləm onla gözəldir,
Qadın günəşdi, aydı, hər bir şeydən əzəldir.
Qadın olmayan yerdə insaf, nəzakət olmaz,
Evdə düzən pozular, varda bərəkət olmaz.
Qadınlar kövrək olur,qəlblərini qırmayın,
Tanrı əziz tutduğu seviləni vurmayın.
Qadın sevdiyi kəsin dünyasın cənnət edər,
Körpəsinə yatmayıb qul kimi xidmət edər.
Qadına sahib çıxın, küçələrə atmayın,
Qadın, zərif məxluqdu, qadını aldatmayın.
Qadınların xətası kişinin günahıdır,
Kişilər qadın üçün evinin Allahıdır.
*
Raya Bayramova
/Astana/
......................................
Kimisini, yazı
taxtasında təbaşir silər
kimi silərsən
Kimisini isə zorla
ürəyindən çıxarırsan,
Kimisi olmadan da
xoşbəxt yaşayırsan,
Kiminsə ürəyində bir
intizarı var.
Kimileri, iz
buraxmadan gedirlər,
Kimilerinin izlərini
zaman silir,
Kimisi, ürəyində dərin
yaralar buraxır,
Kimisi isə ürəyimizi
götürər aparar.
Kimisi səbrindən susar,
kimi hörmətindən,
kimisi də sevgisindən...
*
Raya Bayramova
/Astana/
............
Bu Vətənin dərd-qəminə
biganətək yanaşmayın!
Yağı düşmən qala-qala
içinizdə savaşmayın!
Torpağına sahib çıxın,
məzlumlara zülm etməyin,
Bic dünyanın felin bilin,
fitnə-fəsada getməyin!
*
Əsir düşən, öldürülən
oğlumuz var, qızımız var,
Acımız var, ağrımız var,
qara gələn yazımız var.
Şəhidinə ağı deyən,
nalə çəkən Analar var,
Namusuna körpə yaşda
toxunulan sonalar var!
*
Bu Vətənin güllənən çiçəyi var,
dağ-daşı var,
Xocalı tək faciəsi,
qan ağlayan göz yaşı var.
Bu Vətənin Araz dərdin,
Göyçə dərdin, Zəngəzurun,
Yada salın!-
Dərd, qəminə sipər olun!
*
Bu millətin şəhidinə, qazisinə
kəm baxmayın,
Bayrağını uca tutun,
silahlanın!
Səngərində keşik çəkən
əsgərinə yardım edin,
Bu dövlətin varlğıyçün
hər cürə güzəştə gedin!
*
Zülmün caynağından alın,
açılmış yaxasın tikin!
Sərvət üstdə dalaşmayın,
Allahdan qorxun,
çəkinin!..
Bu Vətənə yan baxmayın!..
Yan baxmayın!..
*
Raya Bayramova
..............
Bu sevgiden payım ne oldu menim,?
Bir guru peşimanlıg ,bir ağır keder.
Zamanın hökmüyle gerib gonağam,
Uzag bir diyarda gerib bir elde..
Heyif kecirdiyim sensiz illere,
Varlığım sen idin,ömrüm sen idin,
Daha xatireye dönmüsen gülüm,
Çıxar onu yaddan ay deli könlüm!
Göz yaşlarım dostum ,teklik yoldaşım,
Unut onu daha ay deli könlüm,
Ağlayıb ,sizlayıb özünü üzme.
Ay keçir,gün keçir,tükenir ömür!
Unudub ,sen meni getdin ey zalım,
Gayıtma bir daha ,dönme geriye,,
Sen ki ,bu yollardan geri dönmezsen,
Bir daha o,iller dönmez geriye!
Leyli tek mehebbet çöllerindeyem,
Mecnun gısganardı menim eşgime,
Derdleri calayıb biri - birine,
Indi xatirenle yaşayıram men...
*
Muellif : Raya Bayramova
Astana