Gün itibariyle, şiir dünyamızda; gönüllerimize ve güzel sanatlarla irtibatlı kültür sanat sayfalarımıza düşen şiirlerden Azerbaycanlı Şair Rahilə Dövran Şiirleri;
*
Tebriklerimizle, teşekkürlerimizle ve Şebingülü sunumlarımızla paylaştığımız, Azerbaycanlı Şair Rahilə Dövran Şiirleri çok okunsun çok beğenilsin çok tavsiye edilsin çok iletilsin çok yayınlansın radyo tv kanallarında..
*
Güzel sanatlar sayfalarında..
*
' Aşık Olmuşam '' , '' Sana Geldim '' diyerek; Kütküt Bağları, Şebingülü Bahçeleri duyarlılığında aksettirilen Rahila Dövran Şiirleri Gelinkaya Dikmentepe eteklerinde de Köprübaşı Şiir Sohbetlerinde de yorumlansın dillendirilsin istiyorum..Hikmet Okuyar
.........
AŞIK OLMUŞAM.. / Rahilə Dövran
*
Artıq qərarlıyam, bu gün deyəcəm,
Qoy hamı bilsin ki, mən vurulmuşam.
Öz alın yazıma boyun əyəcəm..
Görsünlər mən sənə, aşiq olmuşam.
*
Gül olub yolunun üstə bitəcəm,
Bülbültək eşqimə nəğmə ötəcəm.
Könlümdə nə varsa, açıb tökəcəm..
Görsünlər mən sənə, aşiq olmuşam.
*
Səninlə coşacaq ilhamım, təbim,
Eşqinlə vuracaq nəbizim, qəlbim.
“Hə” söylə, olginən yaşam səbəbim..
Görsünlər mən sənə, aşiq olmuşam.
*
O gizlin baxışlar, az söz demədi,
Bilirəm, sənin də, könlün mənədi.
Söylə öz sözünü,- meylin kimədi..?
Görsünlər mən sənə, aşiq olmuşam.
*
Söylə aşiqəm mən, Şair Dövran'a,
Son qoyaq bu gündən həsrət, hicrana.
Yayılsın bu sevgi, yurdda hər yana..
Görsünlər mən sənə, aşiq olmuşam.
*
Rahilə Dövran
21.12.2015. Bakü /AZERBAYCAN
........
SANA GELDİM../ Rahilə Dövran
........................."Könül dəftərim"-silsiləsindən
*
Sevdam üçün çox uğraşdım,
Neçə ulus, el dolaşdım.
Keçilməyən sədlər aşdım..
Gəldim gülüm, sənə gəldim.
*
Qönçə gültək, tər - təzəsən,
Qıymadım ki, qəlb üzəsən.
Heç rəva mı, tək gəzəsən..?
Gəldim gülüm, sənə gəldim.
*
Həm arzumsan, həm muradım,
Hissim, duyğum, damaq dadım.
Qoy çəkilsin, sənlə adım..
Gəldim gülüm, sənə gəldim.
*
Vüsalın bal, şərbət mənə,
Adın, sanın, şöhrət mənə.
Sənsiz dünya, qürbət mənə..
Gəldim gülüm, sənə gəldim.
*
Allah verən qismət, payam,
Hər dəqiqə, anındayam.
Dövran'ınam, yanındayam..
Gəldim gülüm, sənə gəldim...
*
Rahilə Dövran
Bakü / AZERBAYCAN
......
K.İletişim: Müzeyyen KESKİN Türkiye Sevdası Kültür Sanat Danışmanı